Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi Camiətüz-Zəhra (s) Hövzəsinin idarə heyəti üzvləri ilə görüşdə bu dini mərkəzin əhəmiyyətli mövqeyini və xanım tələbələrin təlim-tərbiyəsində strateji rolunu vurğuladı.
Qadın dini seminarlarının siyasət məsləhət şurasının sədri, Camiətüz-Zəhra (s) hövzəsinin idarə heyəti üzvləri və rəhbərliyinə təşəkkürünü bildirərək deyib: “Hörmətli idarə heyətini və bu mərkəzin rəhbərlərinin bütün səylərini yüksək qiymətləndirirəm. Çünki bu qədər geniş fəaliyyət sahəsi və vəzifələrə malik bir müəssisəni idarə etmək həm miqyas, həm keyfiyyət, həm də proqramların müxtəlifliyi baxımından ağır və dəyərli bir işdir.”
Ölkə üzrə elmi hövzələrin rektoru isə qeyd edib ki, qadın seminarlarına baxışı dərin və diqqətlidir: “Camətüz-Zəhra (s) hövzəsinin gördüyü işin əhəmiyyəti və gələcəkdə oynaya biləcəyi rol möhtəşəm və nadir bir nümunədir. Bəzi sahələrdə isə bu mərkəzin təsir və bərəkətləri geniş və əhəmiyyətlidir.”
O əlavə edib ki, Camiətüz-Zəhra (s) hövzəsinin mövqeyini həmişə dəstəkləyib: “Keçmiş illərdə müxtəlif toplantılarda və Camiətüz-Zəhra (s) hövzəsi haqqında kifayət qədər məlumatı olmayan şəxslərin arasında bu elmi mərkəzi müdafiə etmişəm və indi də müxtəlif məclislərdə bu müəssisənin dəstəklənməsinin vacibliyini vurğulayıram. İnanıram ki, Camiətüz-Zəhra (s) hövzəsi digər dini təhsil müəssisələri kimi tam dəstək almalıdır.”
Ayətullah Ərafi, Camiətüz-Zəhra (s) hövzəsinin gələcəyini işıqlı və inkişaf yönümlü olaraq təsvir edib və deyib: “Camiətüz-Zəhra (s) hövzəsi qadın dini seminarları mərkəzləri arasında bir zirvə hesab edirəm. Belə bir zirvə yeni üfüqlər açmaq və böyük, təsirli şəxslər yetişdirmək potensialına malikdir. Bu yol şükürlər olsun ki, irəliləyir və imkanlar və dəstək artırılsa, bu müəssisənin imkanları daha da genişlənəcək.”
Görüşün əvvəlində Camiətüz-Zəhra (s) hövzəsinin direktoru xanım Dr. Burqeyi idarə heyətinin fəaliyyəti və bu dini mərkəzin cari vəziyyəti barədə hesabat təqdim edib.
Xəbərin sonu





Rəyiniz